Bank Of Baku

İqtisadi İnkişaf Nazirliyi: Xarici ölkələrdə problemlə üzləşən Azərbaycan şirkətlərinə yardım göstərməyə hazırıq

İqtisadi İnkişaf Nazirliyi: Xarici ölkələrdə problemlə üzləşən Azərbaycan şirkətlərinə yardım göstərməyə hazırıq
# 07 fevral 2011 15:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi xarici ölkələrdə fəaliyyət göstərən və hər hansı bir problemlə üzləşən Azərbaycan şirkətlərinə yardım göstərməyə hazırdır.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, artıq Azərbaycanın bir sıra şirkətləri xarici ölkələrdə uğurlu layihələr reallaşdırır. Bununla belə, bəzi hallarda Azərbaycan iş adamları sahibkarlıq fəaliyyəti həyata keçirdikləri xarici ölkələrdə müəyyən problemlərlə üzləşir.

İqtisadi İnkişaf Nazirliyi bildirir ki, iş adamları xarici ölkələrdə sahibkarlıq fəaliyyəti ilə bağlı qarşılaşdıqları problemlərin həllində dəstək göstərilməsi üçün nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 40. Hökumət evi, əlaqə telefonu: (+994 12) 598-02-54, faks: (+994 12) 492-58-95, e-mail: [email protected]),, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (ünvan: Bakı şəhəri, H.Abdullayev küçəsi, 11, əlaqə telefonları: (+994 12) 598-01-47/48/49, e-mail: [email protected]) və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə müraciət edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR