Bank Of Baku

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi yanvarda 9% artıb

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi yanvarda 9% artıb
# 08 fevral 2011 11:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 2010-cu ilin yanvar ayına nisbətən 8,6% artaraq 1,2 mlrd. manat olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dövriyyənin 14,3%-i hüquqi şəxslərin, 45,4%-i hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 40,3%-i yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin hesabına formalaşıb. Ay ərzində ölkə sakinləri ticarət şəbəkəsindən 812,9 mln. manatlıq ərzaq məhsulları, 411,2 mln. manatlıq qeyri-ərzaq malları alıb.

Yanvar ayında əhaliyə 411 mln. manatlıq və ya 10,3% çox pullu xidmətlər göstərilib. Xidmətlərin 79%-i hüquqi, 21%-i fiziki şəxslərin payına düşüb və onlar tərəfindən əhaliyə müvafiq olaraq 7,3% və 23,2% çox pullu xidmət göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR