Bank Of Baku

Bakıda “Müəssisələrdə beynəlxalq qida təhlükəsizliyinin idarəedilməsi sistemlərinin tətbiqinin nəzəri və praktiki məsələləri” mövzusunda seminar keçirilir

Bakıda “Müəssisələrdə beynəlxalq qida təhlükəsizliyinin idarəedilməsi sistemlərinin tətbiqinin nəzəri və praktiki məsələləri” mövzusunda seminar keçirilir
# 08 fevral 2011 12:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə «Müəssisələrdə beynəlxalq qida təhlükəsizliyinin idarəedilməsi sistemlərinin tətbiqinin nəzəri və praktiki məsələləri» mövzusunda seminarlara start verilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 2 gün davam edəcək seminarlarda fındıq və nar şirəsi məhsullarının istehsalı və emalı ilə məşğul olan 50-dək sahibkar, eləcə də aidiyyəti dövlət orqanlarının mütəxəssisləri iştirak edəcək.

Seminarda GİZ tərəfindən dəvət olunmuş xarici ekspertlər beynəlxalq qida təhlükəsizliyinin idarəedilməsi sistemlərinin (HACCP, İSO 22000) əsasları, bu sistemlərin müəssisələrdə tətbiqi, məhsulların qablaşdırılmasına, etiketlənməsinə, saxlanmasına, daşınmasına olan tələblər, müəssisə daxilində nəzarət sisteminin qurulması və s. mövzularda məruzələrlə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR