Bank Of Baku

Şabranda vergi terminalı istifadəyə verilib

Şabranda vergi terminalı istifadəyə verilib
# 09 fevral 2011 09:46 (UTC +04:00)
Şabran. Zaur Quliyev - APA. Azərbaycan Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin Şabran vergi terminalı istifadəyə verilib.

APA-nın şimal bürosunun məlumatına görə, açılış mərasimində nazir müavini Natiq Əmirov, idarə rəisi Vidadi Kərimov və yeli vergi ödəyiciləri iştirak ediblər.

Bildirilib ki, yeni terminal sahibkarlara vergiləri tam şəkildə və vaxtında ödəməyə, vergi ödəyicilərinin bəyannamələrinin və ödənişlərinin rahatlığını təmin etməyə imkan verəcək. Terminal 3 minədək vergi ödəyicisinə pulsuz xidmət göstərəcək.

Qeyd edək ki, 3 saylı Ərazi Vergilər İdarəsinin Xaçmazda da vergi terminalı fəaliyyət göstərir. Yaxın vaxtlarda Qusar rayonunda da yeni terminalın istifadəyə verilməsi planlaşdırılır. Ümumilikdə respublika ərazisində 20-dən artıq vergi terminalı fəaliyyətdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR