Bank Of Baku

Abramoviç Rusiyanın ən varlı adamlarının reytinqinin ilk üçlüyünü tərk edib

Abramoviç Rusiyanın ən varlı adamlarının reytinqinin ilk üçlüyünü tərk edib
# 09 fevral 2011 10:31 (UTC +04:00)
Bakı - APA-Economics. “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç ilk dəfə olaraq rusiyalı milyarderlərin siyahısında ilk üçlükdə yer almayıb.

APA-Economics”in xəbərinə görə, bu barədə yeni milyarderlərin siyahısını fevralın 14-də açıqlayacaq “Finans” jurnalı açıqlama yayıb.

Rusiyanın yeni milyarderlər siyahısına başçılıq edən ilk üç nəfərin də adı açıqlanmır. Ötən il “Finans”ın reytinqində 3-cü yeri tutan R.Abramoviçin sərvəti 17 mlrd. dolar həcmində qiymətləndirilib. “Forbes”in dəyərləndirməsində isə o, Rusiyanın 4-cü milyarderi olub - 11,2 mlrd. dollar.

Ümumilikdə “Finans” Rusiyada sərvətinin dəyəri 1 mlrd. dolları aşan 114 nəfərin olduğunu bildirir. 2008-ci ildə onların sayı 101, 2009-cu ildə 49, 2010-cu ildə 77 olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR