Bank Of Baku

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və İnvestisiya Şəbəkəsinin veb-portalının təqdimatı keçirilib

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və İnvestisiya Şəbəkəsinin veb-portalının təqdimatı keçirilib
# 10 fevral 2011 12:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Ticarət və İnvestisiya Şəbəkəsinin veb-portalının (www.tradeeco.org) təqdimatı keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf, Xarici İşlər, Rabitə və İnformasiya Texnologiyaları, Kənd Təsərrüfatı, Vergilər, Mədəniyyət və Turizm nazirlikləri, Dövlət Gömrük Komitəsi, Ticarət və Sənaye Palatası, Azərbaycan Sahibkarlar Konfederasiyası, eləcə də İƏT-in nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azpromo-nun prezidenti Adil Məmmədov Azərbaycan iqtisadiyyatı, ölkənin biznes və investisiya imkanları barədə məlumat verib, İƏT-in ticarət və investisiya mühitinin inkişafı sahəsində xüsusi rol oynadığını qeyd edib və bildirib ki, Azpromo İƏT-in Azərbaycan üzrə əlaqələndiricisidir.

A.Məmmədov qeyd edib ki, Azpromo veb-portaldan iş adamları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də ticarət və investisiya imkanları ilə bağlı sahibkarlar arasında məlumat mübadiləsinin aparılmasında istifadə edəcək və portalın fəaliyyətinə dəstək göstərəcək.

Öz növbəsində İƏT-in ticarət və investisiya üzrə direktoru Vaqar Əhməd Şah veb-portalın sahibkarlar üçün regionda ticarət və investisiya üzrə məlumat mübadiləsi aparmaq imkanlarını artıracağını qeyd edib.

Qeyd edək ki, İƏT-in Ticarət və İnvestisiya Şəbəkəsinin daima yenilənən veb-portalı vasitəsilə təşkilata üzv dövlətlərin iqtisadiyyatı, ticarət və investisiya imkanları barədə məlumat əldə etmək mümkündür. Veb-portal həmçinin, İƏT-ə üzv ölkələrin sahibkarları arasında işgüzar əlaqələrin inkişafı, məlumat mübadiləsinin aparılması baxımından əhəmiyyətlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR