Bank Of Baku

Azərbaycanda standartlaşdırma sahəsində yoxlamaların aparılması qaydaları dəyişdirilə bilər

Azərbaycanda standartlaşdırma sahəsində yoxlamaların aparılması qaydaları dəyişdirilə bilər
# 11 fevral 2011 09:44 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Komitənin sədri Ramiz Həsənov bu gün keçirdiyi mətbuat konfransında bildirib. R.Həsənovun sözlərinə görə, qanun layihəsinin artıq yaxın vaxtlarda təsdiqlənmək üçün parlamentə göndəriləcəyi ehtimal olunur.

Sənəd müxtəlif istehsal sahələrində texniki reqlamenti və yoxlama qaydalarını müəyyənləşdirir. R.Həsənovun sözlərinə görə, yeni qanun layihəsi Komitə tərəfindən malların keyfiyyəti, onların standartlara uyğun olub-olmaması üzrə aparılan yoxlamaları tam yeni prinsipinin tətbiqini nəzərdə tutur. Belə ki, sənədlə Komitə tərəfindən malların bazar və ticarət şəbəkələrindən sıravi alıcı kimi alınması, onların yoxlanılması və hər hansı bir uyğunsuzluq aşkarlar edildikdə, istehsalçıya müvafiq müraciətin edilməsini nəzərdə tutur.

Qeyd edək ki, Azərbaycanda sahibkarlığın inkişafı və korrupsiyaya qarşı mübarizə çərçivəsində müxtəlif sahələrdə yoxlamaların sayının azaldılması, əsassız yoxlamaların aradan qaldırılması məsələsi hətta ölkə başçısı tərəfindən aktual problem kimi qaldırılıb və müvafiq dövlət qurumlarına bununla bağlı tapşırıqlar verilib.

R.Həsənov həmçinin yoxlamaları aparan dövlət qurumlarının yoxlamaları bir yerdə və ya bir qurum tərəfindən aparılması ideyasına münasibət bildirib. Belə ki, onun fikrincə, malların standartlara uyğunluğu, istehsalatda cihazların və istehsal prosesinin müəyyən standartlara və etalonlara uyğunluğun yoxlanılmasının digər bir qurumun mütləq iştirakı ilə həyata keçirilməsi məqsədə uyğun deyil.

Yoxlamalara gəldikdə isə R.Həsənov bildirib ki, Komitə tərəfindən malların keyfiyyəti, standartlara uyğunluğu, istehsalın müvafiq tələblərə cavab verməsi məsələlərinin araşdırılması nəticəsində məlum olur ki, məsələn, çörək, şirniyyət məlumatları istehsalında problemlər hələ də mövcuddur, kolbasa istehsalında isə müsbət dəyişikliklər müşahidə olunur. Komitə tərəfindən 2010-cu il ərzində ümumilikdə bazardan 1 854 759 ədəd müxtəlif çeşidli ərzaq və qeyri-ərzaq məhsulları satışdan çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR