Bank Of Baku

Azərbaycanda sərhəd ticarətinin asanlaşdırılması məsələləri müzakirə ediləcək

Azərbaycanda sərhəd ticarətinin asanlaşdırılması məsələləri müzakirə ediləcək
# 14 fevral 2011 09:17 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Fevralın 15-18-də Bakıda Sərhəd İdarəçiliyi və Risklərin Təhlilinə dair ikitərəfli seminar keçiriləcək. Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, seminar «Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək Layihəsi» çərçivəsində keçirilir.

Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən bu layihənin icrasına 2010-cu ilin sentyabrından başlanılıb. Sərhəddə əməliyyat üsulları və proseduralarının möhkəmləndirilməsinə həsr olunan seminarda risklərin təhlili və idarəçilik məsələləri müzakirə ediləcək.

Tədbirdə Azərbaycan Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd və Miqrasiya xidmətlərinin mütəxəssisləri ilə yanaşı Gürcüstanın Sərhəd və Patrul Polisi, Maliyyə Xidmətinin əməkdaşları da iştirak edəcəklər.

Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzinin (ICMPD) Latviyadan olan ekspertlərinin iştirak edəcəyi seminarda əsasən risklərin təhlili prosesinin təşkili və idarə olunması sahəsində Avropa standartları təqdim olunacaq. Bundan başqa, İnteqrə Edilmiş Sərhəd İdarəçiliyinin əməliyyat üsulları və proseduralarının öyrənilməsi, onların inkişaf etdirilməsinə dair tərəflər arasında təcrübə mübadiləsi aparılacaq, habelə sərhəd təhlükəsizliyi və ticarətin asanlaşdırılması sahəsində beynəlxalq standartlara uyğun prosedurların inkişafını təmin edən təqdimatlar dinləniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR