Bank Of Baku

Saxlama müddəti ötmüş 305 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 305 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 14 fevral 2011 13:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Səbail rayonunda M.Əfəndiyev küçəsi, ev 8, mənzil 12 ünvanında Ramin Mirzəyevə məxsus mağazada, Yasamal rayonunda M.Muxtarov küçəsi, 13 ünvanında yerləşən «Fidan market»də və «Tural market»də, Nizami rayonunda C.Naxçıvanski küçəsində yerləşən «Qarabağ market»də, «Ayxan market»də, «Yaşıl market»də, «Aycan market»də və Elşən Məmmədova məxsus mağazada, Mingəçevir şəhərində 20 Yanvar küçəsində yerləşən «Elit market»də, Siyəzən rayonunda H.Əliyev küçəsi, 143 ünvanında Bəydadaş Zəkiyevə məxsus mağazada, ümumi çəkisi 305 kq olan, saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR