Bank Of Baku

Azərbaycan prezidenti sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin aparılması qaydası haqqında əsasnaməni təsdiq edib

Azərbaycan prezidenti sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin aparılması qaydası haqqında əsasnaməni təsdiq edib
# 16 fevral 2011 07:39 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə fərman imzalayıb.

APA-nın məlumatına görə, fərmanda Nazirlər Kabinetinə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin 2011-ci il mayın 1-dən fəaliyyətə başlaması üçün zəruri olan maddi-texniki təminat məsələlərinin həlli ilə bağlı tədbirlər görmək, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formalaşdırılması və aparılması ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə zəruri tədbirləri həyata keçirmək, üç ay müddətində «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» qanun layihəsini və qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.

Eyni zamanda, Ədliyyə Nazirliyi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin 2011-ci il mayın 1-dən fəaliyyətə başlamasını, Vergilər Nazirliyi isə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin məlumat bazasının formalaşdırılması məqsədilə sahibkarlıq fəaliyyəti subyekti kimi vergi orqanlarında qeydə alınmış bütün hüquqi və fiziki şəxslər barədə qanunvericiliklə müəyyən olunmuş məlumatları Ədliyyə Nazirliyinə real vaxt rejimində ötürülməsini və daim təzələnməsini təmin etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR