Bank Of Baku

Bakıda Azərbaycan-Çin biznes əlaqələri müzakirə olunub

Bakıda Azərbaycan-Çin biznes əlaqələri müzakirə olunub
# 16 fevral 2011 13:47 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan və Çin sahibkarları arasında biznes əməkdaşlıq imkanları Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) qurumun prezidenti Məmməd Musayevlə Çinin ölkəmizdəki səfiri Can Yanyan arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.

Konfederasiyadan «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan iqtisadiyyatında qeyri-neft sahəsinin xüsusi çəkisinin ilbəil artdığını vurğulayan ASK prezidenti qurumun fəaliyyəti barədə məlumat verib. Müxtəlif sahələr üzrə əməkdaşlıq imkanlarının olduğunu bildirən M.Musayev Çin investorlarının və biznes partnyorlarının Azərbaycan iqtisadiyyatına cəlb edilməsi üçün Çindəki müvafiq təşkilatlarla əməkdaşlıq sazişlərinin imzalanmasında dəstək olmalarını vacib sayıb.

ASK-nın fəaliyyətinə böyük önəm verdiyini qeyd edən səfir iki ölkənin biznes adamları arasında qarşılıqlı əlaqələrin yaradılmasında Konfederasiyanın rolunu xüsusi vurğulayıb, bu əlaqələrin daha da genişlənməsində belə görüşlərin mütəmadi keçirilməsinin vacib olduğunu bildirib. Tərəflər Azərbaycan-Çin əməkdaşlıq əlaqələrinin qurulması üçün müntəzəm görüşlərin keçirilməsinə dair razılığa gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR