Bank Of Baku

Azərbaycanda sahibkarlara 125 mln. manat həcmində güzəştli kreditlər ayrılacaq

Azərbaycanda sahibkarlara 125 mln. manat həcmində güzəştli kreditlər ayrılacaq
# 17 fevral 2011 10:52 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu SKMF-ın icraçı direktoru Şirzad Abdullayev bildirib.

Ş.Abdullayevin sözlərinə görə, bu il ərzində Fond tərəfindən sahibkarlara layihələrin maliyyələşdirilməsi üçün güzəştli kreditlər şəklində 125 mln. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub ki, bunun 34 mln. manatı və ya 27%-i dövlət büdcəsindən, 91 mln. manatı və ya 73%-i isə SKMF-ın öz vəsaiti hesabına təmin olunacaq.

«Cari ilin əvvəlindən dövlət büdcəsindən 10 mln. manat SKMF-a köçürülüb və istifadə olunub. Digər layihələri Fond geri qaytarılan vəsaitlər hesabına maliyyələşdirir. Ehtiyac olduğu halda, biz dövlət büdcəsindən növbəti tranşların ayrılması ilə əlaqədar Maliyyə Nazirliyinə müraciət edəcəyik. Ümumiyyətlə, biz 2011-ci il ərzində 125 mln. manat məbləğində güzəştli kredit ayırmaq niyyətindəyik. Sahibkarlar əhəmiyyətli layihələr təqdim edərsə, əlavə maliyyə mənbələrin cəlb olunması tədbirləri görüləcək. Bu ilin I rübü ərzində SKMF sahibkarlara minimum 30 mln. manat məbləğində güzəştli kredit ayıracağı gözlənilir. Lakin məbləğ sahibkarların təşəbbüsündən də asılıdır. Bizim kifayət qədər mənbəyimiz mövcuddur», - deyə Ş.Abdullayev bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR