Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu yeni veb-saytını təqdim edib

Sahibkarlığa Kömək Milli Fondu yeni veb-saytını təqdim edib
# 17 fevral 2011 11:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) yeni veb-saytının təqdimatı keçirilib.

«APA-Economics»in məlumatına görə, təqdimat mərasimində çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycanda sahibkarlığın inkişafına sistemli dövlət dəstəyi tədbirlərdən danışıb, görülmüş işlər nəticəsində özəl bölmənin ÜDM-də payının 80%-dən artıq olduğunu bildirib.

Fondun yeni veb-saytının təqdimatını keçirən SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, saytda Fondun fəaliyyətini tənzimləyən normativ-hüquqi baza, güzəştli kreditlərin verilmə mexanizmi, güzəştli kredit əldə etmək üçün müraciət forması, kreditlərin ölkənin iqtisadi rayonlarına, iqtisadiyyatın sahələrinə və kreditlərin növlərinə görə təsnifatı, güzəştli kreditlər hesabına maliyyələşdirilmiş müasir texnologiyaların tətbiqinə əsaslanan investisiya layihələri və digər məlumatlar əks etdirilib: «Saytda həmçinin, SKMF tərəfindən maliyyələşdirilmiş böyük və iri investisiya layihələrinin iqtisadi və inzibati rayonlar, həmçinin iqtisadiyyatın sahələri üzrə bölgüsü, layihələrin icrasının gedişi barədə mütəmadi yeniləşdirilən məlumatlar yerləşdirilib. Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək yeni veb-saytda məlumatların yenilənməsi və dəyişiklərin edilməsi üçün proqram təminatı təşkil edilib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR