Bank Of Baku

Bu ilin əvvəlindən Azərbaycanda 154 sahibkara 15,5 mln. manat güzəştli kredit verilib

Bu ilin əvvəlindən Azərbaycanda 154 sahibkara 15,5 mln. manat güzəştli kredit verilib
# 17 fevral 2011 11:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin əvvəlindən Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına 154 sahibkara 15,5 mln. manat məbləğində güzəştli kreditlər verilib. «APA-Economics»in məlumatına görə, bunu SKMF-ın icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, bu kreditlər hesabına müasir texnologiyaların tətbiqi ilə 15 yeni istehsal, emal və infrastruktur sahəsi, o cümlədən 5 çörək istehsal zavodu, 4 soyuducu anbar, 1 müasir heyvandarlıq kompleksi, 1 qida yağlarının istehsalı, 1 ət məhsullarının emalı (kəsim sexi), 1 istixana, 1 mebel fabriki və 1 kağız istehsalı fabriki yaradılacaq: «Eyni zamanda ilin əvvəlindən SKMF tərəfindən 139 sahibkara 1,7 mln. manat məbləğində kiçik həcmli kreditlər də verilib. İlin əvvəlindən Fonda 154 müraciət daxil olub ki, bunların hamısı təmin olunub. Kiçik həcmli layihələr bütövlükdə maliyyələşdirildiyi halda, iri layihələr tranşlarla, yəni hissələrlə maliyyələşdirilir, bu da layihənin icrasına daha ciddi nəzarət etməyə imkan yaradır».

Ş.Abdullayev onu da bildirib ki, SKMF tərəfindən 2011-ci ildə quş əti istehsalı sahəsi prioritet hesab olunub: «Hədəfimiz 2011-ci ildə Azərbaycanı quş əti ilə 100% təmin etməkdir. Bu istiqamətdə SKMF daha aktiv fəaliyyət göstərmək niyyətindədir. Bu il bu sahədə layihələrin maliyyələşdirilməsi prioritet hesab olunub. Ümumiyyətlə, ölkədə iri təsərrüfatların yaradılmasına daha çox ehtiyac var».

SKMF-ın rəhbəri onu da bildirib ki, yaxın zamanlarda Fond tərəfindən güzəştli kreditlərin verilmə qaydalarının dəyişdirilməsi nəzərdə tutulmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR