Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondunun 2010-cu il üzrə auditi bir aya başa çatacaq

Sahibkarlığa Kömək Milli Fondunun 2010-cu il üzrə auditi bir aya başa çatacaq
# 17 fevral 2011 12:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Yaxın bir ay ərzində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) 2010-cu il üçün maliyyə hesabatlarının auditini başa çatacaq. «APA-Economics»in məlumatına görə, bunu SKMF-nın icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, Fondun 2010-cu il üçün maliyyə hesabatlarının auditini «Baker Tilly Azerbaijan» beynəlxalq audit şirkəti keçirir: «Yaxın bir ay ərzində «Baker Tilly Azerbaijan» şirkəti tərəfindən aparılan audit başa çatacaq».

Qeyd edək ki, SKMF-ın 2008-2009-cu illərinin auditini də «Baker Tilly Azerbaijan» şirkəti aparıb. Bu illər üçün aparılan audit zamanı Fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, Fondun maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycanın qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib.

«Baker Tilly Azerbaijan» şirkəti tərəfindən verilmiş rəyə əsasən, 2009-cu ildə SKMF-ın maliyyə fəaliyyəti müsbət qiymətləndirilib, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq aparıldığı müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR