Bank Of Baku

Saxlama müddəti ötmüş 400 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 400 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 17 fevral 2011 14:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nəsimi rayonunda C.Məmmədquluzadə küçəsi, ev 101A ünvanında yerləşən «Limon market»də, N.Yusifbəyli prospekti, ev 36, mənzil 1 ünvanındakı «Məhəllə market»də, S.Rəhimov küçəsi, ev 190 ünvanında yerləşən «Yeni market»də, R.Rza küçəsi, ev 70, mənzil 9 ünvanındakı «Coşqun market»də, Nizami rayonunda C.Naxçıvanski küçəsində yerləşən «Hüseyn market»də və Natiq Həsənova məxsus mağazada, R.Rüstəmov küçəsi, ev 60 ünvanında Azər Mirzəyevə məxsus mağazada, Q.Qarayev prospekti, 74 ünvanında Nüsrəddin Nəbiyevə məxsus mağazada, Şəki rayonunda M.Ə.Rəsulzadə küçəsində Mahir Məmmədova məxsus mağazada, Tərtər rayonunda R.Mürsəlov küçəsində Natiq Ələkbərova məxsus mağazada, ümumi çəkisi 400 kiloqramdan artıq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR