Bank Of Baku

«Migros» şirkəti Azərbaycandakı «Ramstore» ticarət şəbəkəsini «Intersun Holding»ə satıb

«Migros» şirkəti Azərbaycandakı «Ramstore» ticarət şəbəkəsini «Intersun Holding»ə satıb
# 18 fevral 2011 08:20 (UTC +04:00)
«APA-Economics»in Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə «Migros» şirkəti açıqlama yayıb.

Açıqlamada bildirilir ki, şirkətin Azərbaycanda 100% səhmdarı olduğu və üç mağazası fəaliyyət göstərən «Ramstore»un səhmlərinin hamısı 14,250 mln. dollara Dubayda qeydiyyatdan keçən «Intersun Holding»ə satılıb və bu barədə tərəflər arasında müvafiq razılaşma imzalanıb. İlkin ödəniş 250 min dollar təşkil edir, qalan 14 mln. dollar isə hissələrlə ödəniləcək.

Sövdələşmə ilə bağlı fikirlərini açıqlayan «Migros»un baş direktoru Ömər Özgür Tort bildirib ki, rəhbərlik etdiyi şirkət bütün mağaza formatları ilə böyüməkdə davam edir: «Türkiyə xaricində Qazaxıstan kimi gəlirli və sürətlə böyüyən bazarlara marağımız artdığından, Azərbaycandan çıxmaq qərarına gəldik».

Qeyd edək ki, «Intersun Holding» Azərbaycanda fəaliyyət göstərən «Azersun Holding»in təsisçisidir, «Azersun» isə öz növbəsində «Azərbaycan Sənaye Bankı»nın səhmdarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR