Bank Of Baku

Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksi artıb

Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksi artıb
# 18 fevral 2011 13:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektlərindəki mal ehtiyatları indeksi 2011-ci ilin yanvar ayı üzrə 103,1% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin dekabr ayı üzrə bu göstərici 102%, noyabrda 105%, oktyabrda isə 97,6%-ə bərabər olub.

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır. İndeksin artması mal qalıqlarının artım tempinin yüksəldiyini göstərir. İndeksin 100%-dən çox olması mal qalığının əvvəlki ayla müqayisədə artmasını əks etdirir. Pərakəndə ticarətdə mal ehtiyatlarının artması ilk növbədə pərakəndə ticarətdə zəifləmənin təzahürüdür.

Qeyd edək, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi 2011-ci ilin yanvarın 1-nə 137,1 mln. manat, fevralın 1-nə isə 141,3 mln. manat təşkil edib. Müqayisə üçün bildirək ki, ötən ilin dekabrın 1-nə bu göstərici 134,4 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR