Ötən il Azərbaycanda 298 tona yaxın keyfiyyətsiz ərzaq məhsulları məhv edilib
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, konfransda Səhiyyə, Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Ağcabədi Rayon İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və 200-ə yaxın istehlakçı iştirak edib.
Konfransda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev hazırda ölkə iqtisadiyyatında davamlı inkişafın təmin olunduğunu, Azərbaycanın iqtisadi artım tempinə görə dünyada lider dövlətlərdən birinə çevrildiyini, çoxsaylı infrastruktur layihələrinin uğurla həyata keçirildiyini, əhalinin sosial rifahının daha da yaxşılaşdığını və yoxsulluğun səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığını bildirib: «Nəticədə insanların müxtəlif mallara və xidmətlərə olan tələbatı artıb, istehlakçılar öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməyə başlayıb. Ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsinin etibarlı təminat sistemi yaradılıb, bu sahəni tənzimləyən bir sıra normativ hüquqi aktlar qəbul olunub».
Z.İsayev istehlak bazarının qorunmasında inzibati tədbirlərlə yanaşı, həyata keçirilən maarifləndirmə tədbirlərinin də xüsusi əhəmiyyətini vurğulayıb və qeyd edib ki, Dövlət Xidməti tərəfindən ötən il ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 9 adda 130 mindən çox, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 9 500 ədəd buklet çap edilərək sahibkarlara və istehlakçılara paylanıb.
Z.İsayevin sözlərinə görə, ötən il ərzində Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 297,8 ton müxtəlif növ ərzaq malları məhv edilib, 30,3 tonu təkrar emala göndərilib, 372,5 tonunun insanların qidalanmasında və heyvanların yemlənməsində istifadəsi qadağan olunub, 2,5 tonu heyvanların yemlənməsinə yönəldilib. Bundan başqa, il ərzində qeyd olunan səbəblərdən 145,3 ton qeyri-ərzaq malları məhv edilib.
«Ötən il ərzində qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektləri barəsində Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, ümumilikdə 1 740 qərar qəbul olunmuş və inzibati xətaya yol vermiş şəxslər 2,349 mln. manat cərimə edilib. Eyni zamanda, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiklərinə görə 45 təsərrüfat subyektinə 183,7 min manat maliyyə sanksiyası tətbiq edilib. Bu cür halların aradan qaldırılmasında istehlakçıların maarifləndirilməsi, onların bu sahədə öz hüquqlarını bilməsi vacib amildir», - deyə Z.İsayev bildirib.
Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndələri «İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr», «Hər bir istehlakçı öz hüquqlarını bilməlidir», «Ərzaq malları alarkən nələrə diqqət yetirməli?», «Mal (iş, xidmət) alarkən müqavilə bağlamağı unutmayın» mövzularında məruzələrlə çıxış ediblər.
Sahibkarlıq
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
Khalid Khalafalla: Özəl Sektor Forumunda əldə olunan razılaşmalar əməkdaşlıq imkanlarını genişləndirdi
İslam İnkişaf Bankı Qrupunun sədri: Azərbaycanla əməkdaşlıq yeni mərhələyə qədəm qoyub
Nazir növbəti 5 ildə Azərbaycan–İİB əməkdaşlığının daha çox hansı sahələrə fokuslanacağından danışıb
Xəbər Lenti
Fransa İrana qarşı sanksiyaların ləğvini dəstəkləməyəcək
Tramp: İranın nüvə silahı inkişaf etdirməsinin qarşısını almaq qlobal böhrandan daha vacibdir
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
Aralıq dənizində 3,9 bal gücündə zəlzələ olub
DÇ-2026: Argentina Avstriyanı məğlub edib, Messi iki qolla tarixə düşüb
Qətər İranın dondurulmuş aktivlərinin xərclənməsinə nəzarət mexanizminin yaradılmasına kömək edəcək
Vens: ABŞ və İran arasında texniki danışıqlar davam edir
Messi dünya çempionatlarının bombardiri adını ələ keçirib
Türkiyədə təyyarənin enişdən sonra təkəri partlayıb, 186 sərnişin təxliyə edilib
İran və Türkiyə prezidentləri arasında telefon danışığı olub
BMT: İsrailin hücumları nəticəsində Livanın cənubunda 11 min ev dağılıb
Qara dənizdə Türkiyəyə məxsus gəmi hücuma məruz qalıb, yaralılar var
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə iki ölkə arasındakı mövcud vəziyyəti müzakirə edib
Ukrayna Voronejdə "İskəndər" və "Kalibr"in hissələrini istehsal edən zavoda hücum edib, 5 nəfər ölüb - YENİLƏNİB2
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə gübrə yola salınacaq
Sahibə Qafarova BƏƏ Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşüb
İranın danışıqlar heyəti Omana səfər edib
“Fars”: AEBA müfəttişlərinin İrana qayıtması ilə bağlı heç bir müzakirə aparılmayıb
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlanıb
Emin Əmrullayev: Azərbaycan təhsilində ən çətin işlə məşğul olanlar müəllimlərdir, onların ehtiyaclarını anlamaq vacibdir - MÜSAHİBƏ
ABŞ dövlət katibi Körfəz ölkələrinə səfər edəcək
Aİ ölkələri Moldovanın bloka inteqrasiyasının dərinləşdirilməsi üzrə razılığa gəlib
Prezident İlham Əliyevin adından Sərdar Berdiməhəmmədovun şərəfinə dövlət ziyafəti verilib - FOTO
Qazaxıstan Prezidenti Brüsselə rəsmi səfərə gedib
QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiq olunub - YENİLƏNİB
Avropa Şurasının Bakı ofisinin rəhbəri Xarici İşlər Nazirliyinə çağırılıb
Göygöldə maşın aşıb, xəsarət alanlar var
Türkmənistanlı nazir DOST Mərkəzi ilə tanış olub
Bakıda 2 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası təsdiqlənib
Emin Əmrullayev dərsliklərdəki problemlərdən danışıb
Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə verilməsi qaydası müəyyənləşib
Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir
Birinci nazir Kir Starmeri şimali irlandiyalılara qarşı ayrı-seçkilikdə ittiham edib
Qətərdə qaz emalı zavodunda partlayışda 13 nəfər ölüb, 66 yaralı var - YENİLƏNİB-1
Azərbaycanla Türkmənistan arasında gömrük sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Gürcüstanda əcnəbilərin vahid reyestri yaradılır
Nazir müəllimlərin maaşlarının artırılmasının mümkünlüyünə münasibət bildirib
Netanyahu İsrailin lazım olduğu müddətcə cənubi Livanda qalacağını bildirib
Doktoranturaya qəbul olmaq istəyənlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
ADSEA: Su təchizatı ilə bağlı tənzimləmə işləri yekunlaşmaq üzrədir
Qətərin Baş naziri: ABŞ və İran arasında müharibəyə son qoymaq vəziyyətinə çatmışıq
Müəllimlərin sertifikasiyasının nəticələri iki həftə ərzində elan ediləcək, maaşlar artacaq
Mərdəkanda dənizdə 4 nəfər batıb, üç nəfərin meyiti tapılıb - YENİLƏNİB-1
Səyahətə çıxmadan evinizi mütləq sığortalayın - FOTO
Sərdar Berdiməhəmmədov: Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir