Bank Of Baku

® Bakıda yeni türk restoranı açılıb - FOTOSESSİYA

<font color=red>® </font><b>Bakıda yeni türk restoranı açılıb</b> - <font color=red>FOTOSESSİYA</font>
# 21 fevral 2011 07:51 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda “By Tike” adlı restoranın açılışı olub. APA-nın xəbərinə görə, yeni istifadəyə verilmiş restoranının açılış lentini Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç kəsib və restoran əməkdaşlarına uğurlar arzulayıb. Tədbirdə “Best Model of the World” yarışmasının prezidenti Ərkan Özərman, müğənni Elariz Məmmədoğlu, əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova və başqaları iştirak edib.

Restoranın müdiri Göktel Sunter jurnalistlərə açıqlamasında bildirib ki, restoran qapalı şəkildə 250, açıq şəkildə isə 350 nəfər qonaq qəbul etmək imkanına malikdir: “Restoranda türk mətbəxinin özəl yeməkləri qonaqlara təqdim olunacaq. Burada dincəlmək üçün gözəl şərait var. Restoranımız Bakıda yaşayan və ləzzətə, dəyərə qiymət verən insanların görüş yeri olacaq. Qiymətlər çox münasibdir”.

Qeyd edək ki, “By Tike” restoranı Ceyhun Hacıbəyli küçəsində yerləşir.

Telefon: +99412 440 85 15; 440 68 66; 440 62 52
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR