Bank Of Baku

Azərbaycanda pərakəndə ticarət və iaşə müəssisələri üzrə əmtəə və xidmətlərin satışı 9% artıb

Azərbaycanda pərakəndə ticarət və iaşə müəssisələri üzrə əmtəə və xidmətlərin satışı 9% artıb
# 21 fevral 2011 08:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət və iaşə müəssisələri üzrə əmtəə və xidmətlərin satışı 2010-cu ilin eyni ayının səviyyəsini 8,6% üstələyərək 1,2 mlrd. manata bərabər olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ümumi artımın 95%-i pərakəndə ticarət müəssisələrinin fəaliyyəti sayəsində yaranıb. Pərakəndə ticarət və iaşə şəbəkələrində hər bir ölkə sakini orta hesabla 136,1 manatlıq və ya 2010-cu ilin eyni ayındakından 21,7 manat və ya 19% çox pul vəsaiti xərcləyib.

Pərakəndə əmtəə dövriyyəsinin real artımının 73,9%-i hüquqi şəxs statuslu və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət və iaşə müəssisələrinin, 26,1%-i isə yarmarka və bazarların ticarət fəaliyyəti sayəsində yaranıb.

Hesabat ayında özəl müəssisələr üzrə pərakəndə ticarət və iaşə dövriyyəsinin ümumi həcmi 1 215,2 mln. manat, yaxud 2010-cu ilin yanvar ayı ilə müqayisədə 8,7% çox olub.

Pərakəndə əmtəə dövriyyəsinin həcminin 2,9%-ni təşkil etmiş iaşə müəssisələrinin dövriyyəsi 2010-cu ilin yanvar ayı ilə müqayisədə 16,1% artaraq 35,3 mln. manata bərabər olub.

Hesabat ayında özəl iaşə müəssisələri üzrə dövriyyənin həcmi 34,3 mln. manat və ya 16,8% çox olub.

İaşə müəssisələri istisna olmaqla, pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1 188,8 mln. manatlıq və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 8,3% çox əmtəə satılıb.

Hesabat ayında əhaliyə satılmış ərzaq mallarının həcmi 6,9% artaraq 812,9 mln. manat, qeyri-ərzaq mallarının həcmi isə 15,1% artaraq 411,2 mln. manat olub. Yanvar ayında hər bir ölkə sakini orta hesabla 90,4 manatlıq ərzaq, 45,7 manatlıq qeyri-ərzaq malları alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR