Bank Of Baku

Bakıda «Kənd təsərrüfatı kreditlərinin sığortalanması mexanizmi» layihəsi üzrə növbəti seminar keçiriləcək

Bakıda «Kənd təsərrüfatı kreditlərinin sığortalanması mexanizmi» layihəsi üzrə növbəti seminar keçiriləcək
# 21 fevral 2011 14:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) fevral ayının 25-də «Kənd təsərrüfatı kreditlərinin sığortalanması mexanizmi» layihəsi üzrə Bakıda növbəti seminarını keçirəcək. Bunu «APA-Economics»ə açıqlamasında AMA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib.

J.Hacıyevanın sözlərinə görə, tədbirin əsas məqsədi aidiyyatı nazirliklərdən yekun hesabata ünvanlanmış rəylərin nəticəsini təqdim etməkdir. Tədbirdə hökumət nümayəndələri, AMA üzvləri (banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları), Azərbaycan Sığortaçılar Assosiasiyası, sığorta şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR