Bank Of Baku

Bakı və Gəncədə 200 kq-dək saxlama müddəti ötmüş ərzaq malları aşkarlanıb

Bakı və Gəncədə 200 kq-dək saxlama müddəti ötmüş ərzaq malları aşkarlanıb
# 21 fevral 2011 15:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nəsimi rayonunda M.Rəfili küçəsi, ev 21, mənzil 4 ünvanında yerləşən «Xırdalan market»də, M.Qaşqay küçəsi, ev 10, mənzil 2 ünvanında Bəxtiyar Bayramova məxsus mağazada, Yasamal rayonunda Alatava,2 ünvanında yerləşən «Yeni market»də, Şərifzadə küçəsində «Orxan market»də və «Gülgəz market»də, Gəncə şəhərində Gülüstan qəsəbəsində Elman Bayramova məxsus mağazada, Badıllı qəsəbəsi, İ.İsmayılzadə küçəsi,160 ünvanında Yasin Zeynalova məxsus mağazada, H.Əliyev prospektində yerləşən «Güllər market»də, ümumi çəkisi 190 kq-a yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR