Bank Of Baku

Dünyanın ən ucuz adalarının reytinqi açıqlanıb

Dünyanın ən ucuz adalarının reytinqi açıqlanıb
# 23 fevral 2011 10:45 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın “DOKİ” daşınmaz əmlak agentliyinin ekspertləri dəyəri 100 min dolları keçməyən dünyanın ən ucuz adalarının reytinqini tərtib ediblər.

APA-Economics”in xəbərinə görə, reytinqə Panamanın Qatun adası başçılıq edir. Qatun gölünün sahilində yerləşən adanın sahəsi 0,3 hektar, dəyəri isə 30 min dollardır.

İkinci yerdə Kanadanın sahəsi 2,53 ha olan McGibbon adası gəlir - 35,3 min dollar. İlk üçlüyü Panamanın Dolphin Bay adası tamamlayır - sahəsi 0,8 ha, dəyəri 40 min dollar.

Sonrakı yerləri isə aşağıdakı adalar bölüşdürür:

4. Big Tusket (Yeni Şotlandiya, Kanada) - 15 ha - 65,6 min dollar.

5. Pigeon (Nikaraqua) - 2,92 ha - 69 min dollar.

6. Gunning (Yeni Şotlandiya, Kanada) - 2,81 ha - 70,2 min dollar.

7. Barnard (Florida, ABŞ) - 2,1 ha - 75 min dollar.

8. Ilha Caetano (Braziliya) - 6,48 ha - 79,5 min dollar.

9. El Peru (Nikaraqua) - 0,6 ha - 90 min dollar.

10. Bumbo (Yeni Şotlandiya, Kanada) - 1,1 ha - 100 min dollar.

Ekspertlərin qiymətləndirməsinə görə, dünyanın ən bahalı adaları Aralıq dənizi və Karib hövzəsi regionunda yerləşir. Bundan bir az ucuz adalar isə Kanada və Skandinaviyadadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR