Bank Of Baku

Polietilen torbaların istehsalı ilə məşğul olan şirkətə maliyyə sanksiyası tətbiq olunub

Polietilen torbaların istehsalı ilə məşğul olan şirkətə maliyyə sanksiyası tətbiq olunub
# 23 fevral 2011 12:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda polietilen torbaların istehsalı ilə məşğul olan şirkətə 43,8 min manat maliyyə sanksiyası tətbiq olunub.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə polietilen torbaların istehsalı ilə məşğul olan «Samuray» firması barəsində nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində işə baxılıb və «Haqsız rəqabət haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə «Samuray» firmasına 43,8 min manat maliyyə sanksiyası tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR