Bank Of Baku

“Azersun Holding” və Abdulbari Goozal mükafata layiq görülüb

“Azersun Holding” və Abdulbari Goozal mükafata layiq görülüb
# 23 fevral 2011 15:19 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Azersun Holding”in İdarə Heyətinin sədri Abdulbari Goozal Sahibkarların və Sənayeçilərin Beynəlxalq Konqresi tərəfindən ali mükafatlara layiq görülüb.

Holdinqdən “APA-Economics”ə verilən məlumata görə, A.Goozal istehsalatda tətbiq olunan qabaqcıl texnologiyalara görə “Minillik”, İntellektual cəmiyyətin inkişafına verdiyi töhfələrə və müasir dünyada peşəkar nailiyyətlərinə görə “Şöhrət çələngi” mükafatına layiq görülüb.

Hər iki mükafat fevralın 22-də Rusiya Prezident Administrasiyasının İşlər İdarəsinin “Prezident” hotelində təşkil olunan təntənəli mərasimdə “Azersun” prezidentinə təqdim olunub. Mərasimdə Rusiya ictimaiyyətinin tanınmış nümayəndələri və dövlət rəsmiləri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR