Bank Of Baku

Azərbaycanda vergi orqanları indiyədək 20 minə yaxın obyekti pasportlaşdırıb

Azərbaycanda vergi orqanları indiyədək 20 minə yaxın obyekti pasportlaşdırıb
# 25 fevral 2011 11:08 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Vergilər Nazirliyi tərəfindən həyata keçirilən təsərrufat subyektlərinin pasportlaşdırılması prosesi çərçivəsində indiyədək 20 minə yaxın obyekt pasportlaşdırılıb. Bu barədə vergilər nazirinin müavini Sahir Məmmədxanov bildirib. Onun sözlərinə görə, bu obyektlərin 10 mini Bakıda, 7-8 mini rayonlarda yerləşir: «Daxil olan məlumatlardan görürük ki, bu proses vergi ödəyiciləri tərəfindən normal, heç bir narazılıq olmadan qarşılanır. Biz də çalışırıq ki, onlar üçün problem yaratmayaq».

Nazir müavini bildirib ki, bu proses zamanı qeydiyyatda olmayan obyektlərin də aşkarlanacağı gölənilir: «Şübhəsiz ki, bu prosesdə qeydiyyatda olmayan obyektlər də müşahidə olunacaq». Artıq vergi xidməti belə obyektlərlə bağlı işlərə başlayıb. O cümlədən, pasportlaşma zamanı onlara vərəqələr paylanır, vergi qeydiyyatına durması ilə bağlı təbliğat aparılır. S.Məmmədxanovun sözlərinə görə, pasportlaşdırmadan sonra vergi ödəyicilərinin sayının bir daha uçot-baza məlumatlarına uyğunlaşdırılması, onların inventarizasiyasının aparılması, tutuşdurulması işləri aparılacaq: «Ümid edirik ki, bu proses bizə yeni informasiya bazası verəcək və vergi bazasının genişlənməsinə şərait yaradacaq».

Qeyd edək ki, pasportlaşma prosesinin iyulun 1-dək davam edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR