Bank Of Baku

Saxlama müddəti ötmüş 420 kq ərzaq satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 420 kq ərzaq satışdan çıxarılaraq məhv edilib
# 28 fevral 2011 13:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Xətai rayonunda General S.Mehmandarov küçəsində yerləşən «Hüseyn market»də və «Kamran market»də, Sabunçu rayonunda Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində Kamran Məmmədova məxsus mağazada, Nəsimi rayonunda H.B.Əliyev küçəsi, 4 ünvanında Fəxrəddin Əhmədova məxsus mağazada, T.Şıxəliyev küçəsi, 14 ünvanında Qaratel Qarayevaya məxsus mağazada, Azadlıq prospekti, 32 ünvanında yerləşən «Tunar market»də, S.Rüstəm küçəsi, 55 ünvanındakı «Ruzi market»də, Suraxanı rayonunda Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, 2 ünvanında Elza Vəliyevaya məxsus mağazada, Şəmkir rayonunda Bazar ətrafında Ələkbər İbrahimova məxsus mağazada, Mərkəzi Bazarda Allahverən Üusifova məxsus mağazada, Xaçmaz rayonunda N.Nərimanov küçəsində Eldar Qasımova məxsus mağazada, Şirvan rayonunda S.Zeynalov küçəsində Taleh Məmmədova məxsus mağazada, Kürdəmir rayonunda Babək küçəsində Məmməd Mürsəlova məxsus mağazada, ümumi çəkisi 420 kiloqrama yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR