Bank Of Baku

Azərbaycan ötən il qeyri-neft məhsullarının ixracını 18% artırıb

Azərbaycan ötən il qeyri-neft məhsullarının ixracını 18% artırıb
# 01 mart 2011 14:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan 2010-cu il ərzində qeyri-neft məhsullarının ixracını 17,8%, çeşidini isə 5,6% artırıb. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda keçirilən sözügedən Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan məhsullarının yeni bazarlara çıxış imkanlarının artırılması üçün bu məhsulların müasir tərzdə qablaşdırılması, markalanması, ixrac imkanlarının təbliği sahəsində sahibkarların maarifləndirilməsi, onların beynəlxalq əlaqələrinin genişləndirilməsi ilə bağlı müxtəlif tədbirlər görülüb. Ötən il ölkədə və xaricdə 100-ə yaxın biznes forum və konfranslar təşkil edilib.

«İlk dəfə olaraq 1 600-dən çox adda rəqabətqabiliyyətli yerli məhsulların kataloqu hazırlanıb, əsas tərəfdaş ölkələrdə ticarət evlərinin yaradılması, azərbaycanlı iş adamlarının birliklərinin təşkili ilə bağlı işlər aparılmaqdadır. Ötən il qeyri-neft məhsullarının ixracı 17,8%, çeşidi isə 5,6% artıb», - deyə Ş.Mustafayev vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR