Bank Of Baku

Haqsız rəqabətə yol verən sahibkara maliyyə sanksiyası tətbiq edilib

Haqsız rəqabətə yol verən sahibkara maliyyə sanksiyası tətbiq edilib
# 02 mart 2011 12:52 (UTC +04:00)
Bakı - APA. İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə elektrik avadanlıqlarının idxalı və satışı ilə məşğul olan Məhərrəm Quliyev barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Dövlət Xidmətində işə baxılıb və “Haqsız rəqabət haqqında” Qanunun tələblərini pozduğuna görə Məhərrəm Quliyevə 2,5 min manat maliyyə sanksiyası tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR