Bank Of Baku

Qabriel Lanski: «Avstriya şirkətləri Azərbaycanın qeyri-neft sektoruna böyük maraq göstərir»

Qabriel Lanski: «Avstriya şirkətləri Azərbaycanın qeyri-neft sektoruna böyük maraq göstərir»
# 03 mart 2011 10:28 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Avstriya şirkətləri Azərbaycanın həm neft, həm də qeyri-neft sektoruna investisiya qoymağa hazırdır və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə «APA-Economics»ə açıqlamasında Avstriya-Azərbaycan İş Adamları Ticarət Palatasının vitse-prezidenti Qabriel Lanski bildirib.
Onun sözlərinə görə, indiyədək Avstriya şirkətləri Azərbaycanda müxtəlif sektorlara investisiya yatırıb, bunlar turizm, tikinti, hotellərin inşası və s. sahələr olub. Q.Lanski bildirib ki, Avstriya şirkətlərinin Azərbaycana investisiyaları ilbəil artır: «Getdikcə daha çox Avstriya şirkəti Azərbaycana yatırımlar edir, indiki proseslər göstərir ki, 2010-cu və sonrakı ildə Avstriya şirkətlərinin yatırımları bir neçə dəfə artacaq».
Ticarət Palatasının rəsmisi qeyd edib ki, hazırda Avstriya şirkətləri Azərbaycan tərəfilə alternativ enerji sektoruna aid bəzi potensial layihələri müzakirə edir: «Avstriyada istifadə olunan enerjinin 30%-i alternativ mənbələrdən alınır. Bu onu göstərir ki, Avstriyada bu sahə yaxşı inkişaf edib».
Palatanın vitse-prezidentinin sözlərinə görə, 2011-ci ilin Azərbaycanda Turizm ili elan olunması Avstriya şirkətləri üçün geniş imkanlar yaradır. Çünki Avstriya qış turizmi sahəsində böyük təcrübəyə malik olan ölkələrdəndir: «Bizim bəzi şirkətlər «Şahdağ» Qış Turizm Kompleksinin tikintisində də iştirak edir».
Azərbaycan şirkətləri arasında da Avstriyaya investisiya yatıran qurumlar var: «Bizim müştərilər arasında belələri var. Onlar həm maşınqayırma, həm əczaçılıq, eləcə də ticarət sahələrində işləyir. Bəzi şirkətlər isə Avstriyada hotellərə investisiya yatırır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR