Bank Of Baku

Xəzəryanı ölkələrin iş adamları Həştərxanda toplaşacaq

Xəzəryanı ölkələrin iş adamları Həştərxanda toplaşacaq
# 03 mart 2011 10:33 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA-Economics. Rusiyanın Həştərxan şəhərində Xəzər regionunun ticarət-sənaye palatalarının Beynəlxalq işgüzar əməkdaşlıq Şurasının iclası keçiriləcək.

APA-nın Həştərxan vilayətinin dövlət orqanlarının portalına istinadən məlumatına görə, biznes-görüşə Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiyanın regionlarından 27 ticarət-sənaye palatalarının nümayəndələri dəvət olunacaq.

Görüş çərçivəsində dəyirmi masaların keçirilməsi nəzərdə tutulub. Görüş iştirakçıları Xəzərdə ticarət əməkdaşlığı və nəqliyyat daşımalarının perspektivləri, İran mallarının Həştərxan gömrüyündə sənədləşdirilməsi ilə bağlı problemlər və s. məsələləri müzakirə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR