Bank Of Baku

Saxlama müddəti ötmüş 300 kq ərzaq malları satışdan çıxarılıb

Saxlama müddəti ötmüş 300 kq ərzaq malları satışdan çıxarılıb
# 03 mart 2011 13:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Xətai
A.Cəlilov küçəsi, ev 20 ünvanında yerləşən «Bərəkət market»də, Sarayevo küçəsi, ev 18 ünvanındakı «Qenatsvali» kafesində, Səbail rayonunda Ü.Hacıbəyov küçəsi, 25 ünvanında yerləşən «Sirab market»də, Nizami rayonunda R.Teymurov küçəsi, 36 ünvanında Gülnarə Qədirovaya məxsus mağazada, Nərimanov rayonunda F.Xoyski prospekti, 108, mənzil 1 ünvanında Teymur Mirzəyevə məxsus mağazada, N.Nərimanov küçəsi, ev 5C ünvanında Təbriz Əsgərova məxsus mağazada, Nəsimi rayonunda R.Behbudov küçəsi, ev 27, mənzil 34 ünvanında yerləşən «24 saat market»də, M.Qaşqay küçəsi, ev 44 ünvanında «ADİSK» MMC-yə məxsus mağazada, S.Əsgərova küçəsi, ev 172, mənzil 4 ünvanında Kamran Kərimova məxsus mağazada, Şəki şəhərində M.Müşfiq küçəsində yerləşən «Elçin» mağazasında, Quba rayonunda Qırmızı qəsəbə yaşayış massivi, F.Xan küçəsində Seymur Mustafayevə məxsus mağazada ümumi çəkisi 300 kiloqrama yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR