Bank Of Baku

Bakıda Azərbaycan və Serbiya iş adamları arasında görüş keçirilib

Bakıda Azərbaycan və Serbiya iş adamları arasında görüş keçirilib
# 04 mart 2011 08:48 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə Azərbaycan və Serbiya tərəfindən tikinti, kənd təsərrüfatı, qida sənayesi, maşınqayırma, enerji, əczaçılıq, logistika, turizm və digər sahələrdə fəaliyət göstərən 40-dan çox iş adamı iştirak edib.

Tədbirdə çıxış edən Azpromo-nun prezidenti Adil Məmmədov Azərbaycanın iqtisadi imkanlarına dair təqdimatla çıxış edib, ölkənin biznes və investisiya imkanları barədə məlumat verib: «Son 15 il ərzində Azərbaycan iqtisadiyyatına yatırılan investisyanın həcmi 95 mlrd. ABŞ dolları təşkil edib ki, bunun da 50 mlrd. dollarından çoxu iqtisadiyyatın qeyri-neft sektoruna yönəldilib».

Öz növbəsində Serbiya-Azərbaycan Ticarət Palatasının prezidenti Mirko Baraç iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti barədə məlumat verib, əlaqələrin inkişafında işgüzar görüşlərin əhəmiyyətini vurğulayıb: «İki ölkə arasında iqtisadi əlaqələrin bir qədər də inkişaf etdirilməsində böyük potensial movcuddur. Serbiya tərəfi tikinti sahəsində birgə əməkdaşlıqda maraqlıdır».

M.Baraçın sözlərinə görə, iki ölkə arasında gömrük vergi və rüsumları ilə bağlı məsələlərə baxılacaq, eyni zamanda Dunay çayı və Qara dəniz vasitəsilə Poti limanından (Gürcüstan) məhsulların Azərbaycana ixracı məsələsi də müzakirə olunacaq.

Qeyd edək ki, tədbirdə iki ölkənin iş adamları arasında ikitərfli görüşlər keçirilib. Görüşdə iş adamları arasında iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR