Bank Of Baku

İqtisadi İnkişaf Nazirliyində regionların inkişafı ilə bağlı geniş kollegiya iclası keçirilib

İqtisadi İnkişaf Nazirliyində regionların inkişafı ilə bağlı geniş kollegiya iclası keçirilib
# 05 mart 2011 10:03 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyində «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Nazirlik tərəfindən görüləcək işlərlə bağlı geniş kollegiya iclası keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, iclasda ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması, müasir texnologiyalara əsaslanan yerli istehsalın gücləndirilməsi, üzümçülüyün inkişafına dair dövlət proqramının hazırlanması, taxılçılığın inkişafı və toxum təminatının yaxşılaşdırılması, ərzaq təhlükəsizliyinin tam təmin olunması, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, inkişaf etmiş ölkələrdə Azərbaycan Ticarət Evlərinin yaradılması, sənayeləşmənin sürətləndirilməsi, süni qiymət artımı və inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi və digər sahələrdə İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə edilib.

İclası yekunlaşdıran iqtisadi inkişaf naziri, kollegiyanın sədri Şahin Mustafayev qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsi istiqamətində konkret tapşırıqlar verib.

Kollegiya iclasında Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2009-2013-cü illər) icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısının çıxışından irəli gələn vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması barədə qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR