Bank Of Baku

Azərbaycan əhalisi istehlak mallarının alışını 8% artırıb

Azərbaycan əhalisi istehlak mallarının alışını 8% artırıb
# 09 mart 2011 11:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan ərazisində ticarət fəaliyyəti göstərən hüquqi və fiziki şəxslər tərəfindən əhaliyə 2,4 mlrd. manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8% çox istehlak malları satılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə pərakəndə ticarət şəbəkələri üzrə əmtəə dövriyyəsinin həcmi 7,5% artaraq 2,3 mlrd. manata, iaşə şəbəkələrinin dövriyyəsi isə 14,4% artaraq 67,7 mln. manata bərabər olub.

İstehlak mallarının 14,3%-i hüquqi, 85,7%-i fiziki şəxslər tərəfindən realizə olunub. Cari ilin ilk iki ayı ərzində əhali ticarət şəbəkələrindən 1,5 mlrd. manatlıq ərzaq məhsulları, 850 mln. manatlıq qeyri-ərzaq malları alıb. Yanvar-fevral aylarında əhaliyə 760 mln. manatlıq və ya 9,9% çox pullu xidmətlər göstərilib. Xidmətlərin 78,7%-i hüquqi, 21,3%-i fiziki şəxslərin payına düşüb və onların tərəfindən əhaliyə müvafiq olaraq 7,4% və 20,2% çox pullu xidmət göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR