Bank Of Baku

Ukraynada möhür ləğv olunur

Ukraynada möhür ləğv olunur
# 10 mart 2011 14:24 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Ukrayna Ali Radası möhürlərin ləğvi ilə bağlı qanun layihəsinin müzakirəsinə başlayır.

«APA-Economics»in məlumatına görə, Ukrayna parlamentinin təsərrüfat fəaliyyətinin tənzimlənməsi məsələləri üzrə müvəkkil Mixail Brodski bildirib ki, sənəd Nazirlər Kabinetində razılaşdırılandan sonra ölkə parlamentinə təqdim olunub.

Hazırkı qanunvericiliyə görə, hüquqi şəxslər üçün möhürün olması məcburidir. Amma bundan sonra möhürün olub-olmamasını şirkət özü həll edəcək: «Yeni dəyişikliklərə görə, şirkət istəsə möhürlə, istəməsə onsuz işləyəcək, möhür yalnız informativ funksiya daşıyacaq». Maraqlıdır ki, bu qayda dövlət orqanlarına da şamil olunacaq.

M.Brodski bildirib ki, dəyişiklik ilk baxışdan kiçik olsa da, ciddi əhəmiyyət daşıyır - möhürün olmaması vaxta və pula qənaət etməyə imkan verəcək. Çünki indiyədək möhürün alınması üçün icazənin alınmasına təqribən 400 qrivna (40 manat) və 1 həftə vaxt tələb olunurdu.

Hökumət nümayəndəsi xatırladıb ki, inkişaf etmiş ölkələrdə möhür praktiki olaraq heç yerdə istifadə olunmur, çünki onları saxtalaşdırmaq asandır. Əvəzində müqavilənin qanuniliyi üçün ən yaxşı təsdiq imzadır. Ekspertin sözlərinə görə, Ukrayna iş adamları yenilikdən sonra 36 mln. qrivnaya (3,6 mln. manat) qənaət edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR