Bank Of Baku

Saxlama müddəti ötmüş 150 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 150 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 10 mart 2011 15:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nəsimi rayonunda 4-cü mikrorayon, M.Cəlal küçəsi, 18A ünvanında yerləşən «Xəyyam market»də, 9-cu mikrorayon, ev 61 ünvanındakı «Kalva market»də, C.Hacıbəyli küçəsi, 39 ünvanında Əmrah Ağayevə məxsus mağazada, Nizami rayonunda R.Rüstəmov küçəsi, 3 ünvanında Elman Əbilova məxsus mağazada, K.Balakişiyev küçəsi, 8 ünvanında yerləşən «Bizim məhəllə market»də, Samux rayonunun Karayeri qəsəbəsində Samir Mustafayevə məxsus mağazada, Ağdaş rayonunun Maşad kəndində İsmayıl İsmayılova məxsus mağazada ümumi çəkisi 150 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR