Bank Of Baku

Azərbaycan və Belarus ticarət dövriyyəsini 7 dəfə artırmaq niyyətindədir

Azərbaycan və Belarus ticarət dövriyyəsini 7 dəfə artırmaq niyyətindədir
# 11 mart 2011 09:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 5 il ərzində Azərbaycan və Belarus arasında ticarət dövriyyəsinin həcmi 5 dəfə artıb. «APA-Economics»in məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bildirib.

Onun sözlərinə görə, əgər 5 il bundan öncə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi cəmi 30 mln. ABŞ dolları təşkil edirdisə, 2010-cu ildə bu rəqəm artıq 150 mln. dollara çatıb: «Müşahidə olunan dinamika davam etdiriləcək. Belə ki, Azərbaycan və Belarus ticarət dövriyyəsinin həcmini artıq bu il ilkin olaraq 500 mln. dollara, perspektivdə isə 1 mlrd. dollara çatdırmaq niyyətindədir».

N.Patskeviç onu da bildirib ki, iki ölkə arasında ticarət sahəsində ciddi sıçrayış, o cümlədən Azərbaycan məhsullarının Belarusa ixracının artırılması gözlənilir: «Bu il ərzində Belarusda Azərbaycanın Milli Sərgisinin keçirilməsi nəzərdə tutulub ki, bu da iki ölkə arasında mövcud əlaqələri bir qədər də genişləndirəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR