Bank Of Baku

Belarusun bir sıra şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Belarusun bir sıra şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır
# 11 mart 2011 12:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Kənd təsərüfatı, o cümlədən qida sənayesi sahələrində fəaliyyət göstərən Belarusun bir sıra şirkətləri Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir.

«APA-Economics»in məlumatına görə, Minsk çörək məmulatları kombinatı Azərbaycana un və yarma ixrac etməkdə, həmçinin birgə müəssisənin yaradılmasında, «Orşaaqroprommaş» şirkəti kənd təsərrüfatı texnikasının ixracı, texnika lizinqi, torpaqbecərən texnika sahəsində Azərbaycanla əməkdaşlıq etmək və birgə müəssisəsinin yaradılmasında maraqlıdır.

Bundan başqa, «Borisov» çörək məhsulları kombinatı Azərbaycana un, un məmulatları və yarma ixrac etməkdə, «Bıxov» konserv-tərəvəzquruducu zavod Azərbaycanda meyvə-tərəvəz konservlərinin istehsalı və satışı, həmçinin birgə müəssisənin yaradılmasında, «Kandi İK» şirkəti isə qənnadı məmulatların, konfetlərin, şirniyyat, şokolad ətri və aromatizator əlavə olunmuş konfetlərin Azərbaycana ixracında maraqlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR