Bank Of Baku

«Aqrolizinq» açıq tender keçirir

«Aqrolizinq» açıq tender keçirir
# 12 mart 2011 09:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Aqrolizinq» ASC Aqroservis filiallarının tikintisi işlərinin satın alınmasına dair açıq tender keçirir.

«Aqrolizinq»dən «APA-Economics»ə verilən məlumata görə, tenderdə Beyləqan, Kürdəmir, Göygöl, Ucar və Ağsu rayonlarında Aqroservis filiallarının tikintisi işlərinin satın alınması qeyd olunub.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (zərflər) «Aqrolizinq»ə təqdim etməlidirlər. Təqdim olunmuş zərflər isə bu ilin may ayının 6-da cəmiyyətin inzibati binasında açılacaq.

Qeyd edək ki, tenderdə iştirak haqqı 1100 manat müəyyən olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR