Bank Of Baku

Ağcabədidə Novruz bayramı münasibətilə kənd təsərrüfatı yarmarkası keçirilib

Ağcabədidə Novruz bayramı münasibətilə kənd təsərrüfatı yarmarkası keçirilib
# 13 mart 2011 13:24 (UTC +04:00)
Ağcabədi. Teymur Zahidoğlu - APA. Ağcabədi şəhər stadionunda kənd təsərrüfatı yarmarkası keçirilib. Yarmarkada 40 tona yaxın kənd təsərrüfatı məhsulları satışa çıxarılıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, yarmarka Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən təşkil edilib. Məqsəd qarşıdan gələn Novruz bayramı ərəfəsində əhali üçün daha ucuz və keyfiyyətli şəkildə bayram bazarlığının təşkilidir.

Ağcabədi RİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Cəlal İsgəndərovun sözlərinə görə, yarmarkada bütün növ kənd təsərrüfatı məhsulları satışa çıxarılıb. C. İsgəndərov bildirib ki, Ağcabədi rayonu üçün xarakterik olmayan məhsulların yarmarkaya çıxarılması üçün ətraf və respublikanın digər rayonlarına müraciət olunub.

C. İsgəndərov deyib ki, təkcə ət məhsullarının satışında xüsusi canlanma müşahidə olunub. Qoyun ətinin bir kiloqramı 5 manata, mal əti isə 4,50 manata satılıb. Eləcə də digər kənd təsərrüfatı məhsullarının qiyməti də bazar qiymətlərindən xeyli aşağı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR