«Ramstore» ticarət şəbəkəsi adını dəyişib
Bundan sonra «Bazarstore» adlanacaq satış şəbəkəsi fəaliyyətini yeni konsepsiya ilə davam etdirəcək.
«Bazarstore» marketlər şəbəkəsinin baş direktoru Ruslan Əliyev «APA-Economics»ə bildirib ki, şirkətin atdığı ilk addım qiymətlərin aşağı salınması olub. Son bir neçə gün ərzində şəbəkədəki malların qiymətləri 25%-dək ucazlaşdırılıb. Ucuzlaşma həm ərzaq, həm də qeyri-ərzaq malları olmaqla ümumilikdə burada satılan 15 min adda məhsulun 8 minə qədərini əhatə edib. Başqa sözlə şəbəkə vasitəsilə satılan malların 60%-ə qədərində qiymətlər 25%-dək aşağı düşüb.
Baş direktorun sözlərinə görə, şəbəkənin əvvəlki sahiblərindən fərqli olaraq «Bazarstore» buna bəzi xərcləri azaltmaq və daha effektiv marketinq siyasəti sayəsində nail olub. Belə ki, ilkin araşdırmalar göstərib ki, əvvəlki idarəçilər bəzi sahələrə (məsələn, mühafizəyə) lazım olduğundan artıq vəsait sərf edir, istehsalçı şirkətlərdən malı optimal qiymətlərlə ala bilmirdilər: «Bizdə isə bu iş daha yaxşı təşkil olunub, bu isə xərcləri optimallaşdırmağa və qiymətləri aşağı salmağa imkan verir».
Satılan malların çeşidində də dəyişikliklər var. Məsələn, ilk növbədə burada ət satışına başlanıb. Bəzi məhsullar, o cümlədən süd və toyuq məhsullarının çeşidləri artıb və s. Bundan başqa R.Əliyev bildirib ki, şəbəkədə ancaq xüsusi nəzarətdən keçmiş mallar satılacaq: «Şəbəkənin endirimlərə indi başlaması təsadüfi deyil. «Bazarstore» Novruz Bayramı ərəfəsində satıcılara digər yerlərdən daha aşağı qiymətlər təklif edir».
Şirkət rəhbərliyi bəyan edir ki, aparılan islahatlar nəticəsində indiyədək qiymətləri nisbətən imkanlı təbəqə üçün uyğun olan şəbəkənin müştəri auditoriyası genişlənəcək: «Artıq gəlirdən asılı olmayaraq hər kəs «Bazarstore»un müştərisi ola bilər. Buna satış şəbəkəsindəki məhsul çeşidinin bolluğu, qiymətlərin münasibliyi və ən əsası, yüksək keyfiyyət tam şərait yaradır», - deyə şirkətin rəsmi məlumatında bildirilir. Şirkət rəhbərliyi süni qiymət artımının qarşısının alınmasında da «Bazarstore»un mühüm rol oynayacağını bildirib.
«Bazarstore» rəhbərliyi yaxın gələcəkdə şirkətdə gözlənilən yenilikləri də açıqlayıb. Belə ki, ilin sonunadək biri Bakıda, digəri Gəncədə olmaqla şirkətin daha iki mağazası açılacaq. Hələlik Bakıda bunun harada olacağı bilinmir. Amma şirkət rəsmiləri yeni marketin əhalinin sıx olduğu ərazidə açılacağını bildirib, buna misal olaraq Əhmədli, Yasamal, Qaradağ və s. ərazilər göstərilir. Hazırda 65 işçisi olan «Bazarstore»un Bakıda 3 mağazası var. Rebrendinq prosesinin - «Ramstore» brendinin «Bazarstore» ilə əvəz olunmasının isə 2 aya başa çatdırılması planlaşdırılır.
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO