Bank Of Baku

Azərbaycanda dövlət tenderlərinə qatıla bilməyən iş adamlarının şikayətlərinə baxılacaq

Azərbaycanda dövlət tenderlərinə qatıla bilməyən iş adamlarının şikayətlərinə baxılacaq
# 14 mart 2011 14:50 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Satınalmalar üzrə Dövlət Agentliyi dövlət vəsaiti hesabına mal və xidmətlərin satın alınması üzrə müsabiqələrdə iştirak zamanı problemlərlə üzrəşən sahibkarları Agentliyə müraciət etməyə çağırıb. Qurumun aparat rəhbəri Ələkbər Quliyev «APA-Economics»ə bildirib ki, Agentlik istər Bakıda, istərsə də regionlarda satınalmalar üzrə müsabiqələrə qatılmaqda çətinlik çəkən sahibkarların şikayətlərinə baxmağa hazırdır: «Əgər kimsə iştirak etmək istəyirsə və onu buraxmırlarsa, bizə müraciət etsin».

Ə.Quliyevin sözlərinə görə, iş adamları Agentliyə məktub yaza, qaynar xəttə zəng edə və ya sadəcə birbaşa müraciət edə bilərlər. Qeyd edək ki, artıq Agentliyə müsabiqəyə qatılmaqda problemlərlə üzləşən iş adamlarının şikayətləri daxil olmağa başlayıb – ilin əvvəlindən bir neçə müraciət qəbul edilib.

Qeyd edək ki, bu il dövlət satınalmaları üzrə müsabiqələrin sayı kəskin artıb. Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatına görə, 2011-ci ilin əvvəlindən indiyədək (martın 14-dək) müxtəlif mal və xidmətlərin alınması üzrə dövlət təşkilatları tərəfndən 384 müsabiqə elan olunub ki, bu da ötən ilin eyni dövründəkindən təqribən 2 dəfə artıqdır. Ə.Quliyev «APA-Economics»ə bildirib ki, artım demək olar ki, bütün dövlət qurumlarının hesabına qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR