Bank Of Baku

Belarus Azərbaycanla imzalanmış investisiyaların müdafiəsi haqqında sazişi ratifikasiya edəcək

Belarus Azərbaycanla imzalanmış investisiyaların müdafiəsi haqqında sazişi ratifikasiya edəcək
# 14 mart 2011 15:38 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Belarus Milli Şurasının Nümayəndələr Palatası Azərbaycanla imzalanmış investisiyaların müdafiəsi haqqında sazişi yaz sessiyasında ratifikasiya edəcək.

APA-nın “BELTA”ya istinadən xəbərinə görə, Nümayəndələr Palatasının Beynəlxalq münasibətlər və MDB ölkələri ilə əlaqələr daimi komissiyasının deputatları Azərbaycan və Belarus arasında imzalanmış “İnvestisiyaların təşviqi və qarşılıqlı müdafiəsi haqqında” hökumətlərarası sazişi yaz sessiyasında ratifikasiya etməyi tövsiyə ediblər.

Sazişin şərtlərinə əsasən, tərəflər investorlar üçün yerli investorların faydalandığı münbit şəraiti yaradacaqlar.

Qeyd edək ki, son illər Azərbaycan və Belarus arasında ticarət-iqtisadi əlaqələrin müsbət dinamikası müşahidə olunur. Son 5-6 il ərzində Belarusun Azərbaycana ixracı 10 dəfədən çox artıb və 2010-cu ildə 140 mln. dollar təşkil edib. Belarus xarici işlər nazirinin müavini Sergey Aleynikin fikrincə, investisiyaların müdafiəsi haqqında sazişin ratifikasiyası investisiya qoyuluşu üçün münbit şərait yaradacaq, potensial investorların ölkəyə etimadını yüksəldəcək.

Xatırladaq ki, Azərbaycan sözügedən sazişin qüvvəyə minməsi üçün zəruri olan bütün daxili prosedurları yerinə yetirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR