Bank Of Baku

«Management Traning» Proqramı çərçivəsində təlimçilər üçün kurslar keçirilir

«Management Traning» Proqramı çərçivəsində təlimçilər üçün kurslar keçirilir
# 14 mart 2011 16:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə «Management Traning» Proqramı çərçivəsində təlimçilər üçün kurslara başlanılıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, GIZ-in xarici ekspertləri tərəfindən keçirilən təlimlərdə Bakı Biznes Tədris Mərkəzinin və müxtəlif təşkilatların 20-ə yaxın nümayəndəsi iştirak edir.

Təlimlərin keçirilməsində məqsəd Bakı şəhərində və regionlarda «Bacarıqların inkişaf etdirilməsi» kursu üzrə sahibkarların maarifləndirilməsi üçün yerli təlimçilərin hazırlanmasıdır.

Martın 17-dək davam edəcək təlimin sonunda kursu müvəffəqiyyətlə bitirmiş iştirakçılara sertifikatlar veriləcək.

Qeyd edək ki, «Management Traning» Proqramına əsasən, təlim kursunu müvəffəqiyyətlə bitirmiş təlimçilər aprelin 9-dan iyunun 4-dək Bakı Biznes Tədris Mərkəzində sahibkarlar üçün «Bacarıqların inkişaf etdirilməsi» kursu üzrə davamlı təlimlər keçirəcək. Bu cür təlim kurslarının regionlarda da təşkil edilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR