Bank Of Baku

İqtisadi İnkişaf Nazirliyi: Azərbaycanın istehlak bazarında bəzi malların qiyməti düşüb

İqtisadi İnkişaf Nazirliyi: Azərbaycanın istehlak bazarında bəzi malların qiyməti düşüb
# 15 mart 2011 09:11 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanın istehlak bazarında aparılan monitorinqin nəticələri göstərir ki, son zamanlar bazarda bəzi mallar, o cümlədən duru yağlar, şəkər, qənd, yumurta, kartof və soğanın qiyməti aşağı düşüb. «APA-Economics»in məlumatına görə, bunu İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib.

Onun sözlərinə görə, qiymətlərin düşməsi həm bazarda təklif olunan malların miqdarının artması, həm də həyata keçirilən nəzarət tədbirləri ilə bağlıdır.

Maya dəyəri aşağı olan malların yüksək qiymətə satılması ilə bağlı sualı cavablandıran Z.İsayev deyib ki, Azərbaycanda bazar iqtisadiyyatı və azad rəqabət mühiti mövcuddur: «Ona görə də bütün malların qiyməti tələb-təklif əsasında formalaşır. Azərbaycanda yalnız qiymətləri dövlət tərəfindən müəyyənləşdirilən malların qiymətinə müdaxilə etmək mümkündür. Digər mallar üzrə isə nəzarət qiymətlərin süni artırılmasına qarşı yönəlib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR