Bank Of Baku

SKMF Yevlax sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Yevlax sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 15 mart 2011 12:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Yevlax rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Fonddan «APA-Economics»ə verilən məlumata görə, prioritet sahələrə gündəlik istehsal gücü 10 ton olan müasir çörək zavodunun tikilməsi, illik istehsal gücü 2 min ton olan müasir ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması və faraş tərəvəz məhsullarının yetişdirilməsi üçün müasir istixana kompleksinin yaradılması daxildir.

Sahibkarlar müvəkkil kredit təşkilatları vasitəsilə bu gündən etibarən Fonda müraciət edə bilərlər.

Əlaqə telefonu: (+994 12) 432-39-69.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR