Bank Of Baku

Bakıda Azərbaycan Korporativ İdarəetmə Standartları ilə bağlı tədbir keçirilib

Bakıda Azərbaycan Korporativ İdarəetmə Standartları ilə bağlı tədbir keçirilib
# 15 mart 2011 12:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Korporativ İdarəetmə Standartları ilə bağlı tədbir keçirilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Bakı Biznes Tədris Mərkəzinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Azərbaycan Ticarət və Sənaye Palatasının nümayəndələri ilə yanaşı sahibkarlar da iştirak edib.

Tədbirin keçirilməsində məqsəd sahibkarların korporativ idarəetmə ilə bağlı maarifləndirilməsi, korporativ idarəetmənin iş adamlarının fəaliyyətinə müsbət təsiri barədə məlumat verməkdən ibarət olub.

Korporativ İdarəetmə Standartlarının təqdimatı ilə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə bu standartların tətbiqinin sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərinin tərkib hissəsi olduğunu bildirmiş, şirkətlərin səmərəli, daha şəffaf idarə olunması üçün optimal fəaliyyətin təşkilinə yardım edəcəyini bildirib və qeyd edib ki, standartların tətbiqi həmçinin, korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısının alınması üçün şərait yaradacaq, kommersiya təşkilatlarının korporativ idarə edilməsinin təkmilləşdirilməsində yardımçı olacaq, təşkilatların fəaliyyətinin keyfiyyətcə yaxşılaşdırılmasına şərait yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR