Bank Of Baku

Azərbaycanda turizm, təhsil və səhiyyə sektorunda vergi güzəştlərinin tətbiqi təklif olunur

Azərbaycanda turizm, təhsil və səhiyyə sektorunda vergi güzəştlərinin tətbiqi təklif olunur
# 15 mart 2011 13:28 (UTC +04:00)
Təşkilatın baş katibi Yasin Göral «APA-Economics»ə açıqlamasında bildirib ki, TUSİAB bununla bağlı təkliflərini Azərbaycan Sahibkarlar Konfederasiyasına təqdim edib.

Burada iqtisadiyyatın bəzi sahələrinin inkişafı üçün həmin sahələrdə fəaliyyət göstərən təsərrüfat subyektləri üçün vergi güzəştləri və ya vergi tətillərinin verilməsi təklif olunur: «O cümlədən, kənd təsərrüfatı üçün hazırda tətbiq olunan güzəştlərin daha da artırılması və genişləndirilməsi, eləcə də turizm sektoru üçün vergi güzəştlərinin tətbiqini təklif edirik».

Bundan başqa, baş katibin sözlərinə görə, ölkədə təhsil və səhiyyə sektorunun inkişafı və xidmətlərin keyfiyyətinin qaldırılması üçün özəl təhsil və səhiyyə xidmətlərinə də vergi güzəştlərinin verilməsi lazımdır: «Bunlar əhali üçün ən mühüm sahələrdir. Bu sahələrə güzəştlərin verilməsi həm bura investisiya yatıran iş adamlarının, həm də istehlakçıların daha keyfiyyətli xidmət almaları üçün faydalı olar».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR